İdman
Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və
"Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, mundialda
olduğu kimi, yarışmamızda da bütün iştirakçılar "siftə” edib.
Rüstəm Rəhimov və Rail Məlikov isə digər iştirakçılardan fərqli olaraq, hərəyə 2 oyuna proqnoz verib.
A qrupu
Rüstəm Rəhimov (futbol funksioneri) - 2 xal
Rail Məlikov (futbolçu) – 2
Elman Himayətoğlu (jurnalist) – 1
Vəli Qasımov (futbol veteranı) – 0
B qrupu
Zamiq Hüseynov (futbol funksioneri) – 2
Anar Salmanov (hakim) - 2
Elçin Cəlilov (jurnalist) – 0
Mahir Rüstəmli (jurnalist) – 0
C qrupu
Georgi Nikolov (futbol funksioneri) – 0
Rəşad Ergün (jurnalist) – 0
Əliyar Ağayev (hakim) - 0
Yunis Hüseynov (futbol veteranı) - 0
D qrupu
Tural Xudiyev (jurnalist) – 3
Əlisahib Əliyev (jurnalist) – 0
Cahangir Həsənzadə (futbolçu) – 0
Ceyhun Sultanov (futbol funksioneri) - 0
E qrupu
Sənan Abdullayev (jurnalist) – 1
Ruslan Əmircanov (futbolçu) – 1
İlkin Fikrətoğlu (jurnalist) – 0
Vaqif Qasımov (futbol funksioneri) - 0
F qrupu
Oqtay Abdullayev (futbol veteranı) – 3
Yaşar Seyidov (futbol funksioneri) – 1
Ceyhun Əliyev (jurnalist) - 1
Vüsal Əliyev (hakim) - 0
G qrupu
Ramiq Ağaməmmədov (jurnalist) – 1
Kənan Hakimov (jurnalist) – 0
Asim Xudiyev (futbol funksioneri) – 0
Ağabala Ramazanov (futbolçu) – 0
H qrupu
Şahin Diniyev (futbol veteranı) – 3
Fariz Yusifov (hakim) – 3
Vüsal Mahmudov (jurnalist) – 1
Tahir Hümmətov (jurnalist) - 0
Tural Xudiyev, Oqtay Abdullayev, Şahin Diniyev və Fariz Yusifov ilk turdan sonra 1/8 final yolunda önəmli addım atıblar. C qrupunun iştirakçılarına isə söz ola bilməz. Georgi Nikolov, Rəşad Ergün, Əliyar Ağayev və Yunis Hüseynov sanki sözü bir yerə qoyublar: bu kvartetdən heç kim aktivinə xal yazdıra bilməyib.