İspaniya millisinin futbolçusu Dieqo Kosta DÇ-2014-də Çiliyə 0:2 hesablı məğlubiyyətdən sonra "Atletiko"dakı həmklubları ilə vidalaşıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu növbəti mövsümdən İngiltərənin "Çelsi" klubunda çıxış edəcək.
O deyib: "Mən "Atletiko"nun oyunçuları və azarkeşləri ilə vidalaşmaq istərdim. Madrid klubu evim olub, amma gələcəyim "Çelsi" ilə bağlıdır".
Braziliya əsilli hücumçu İspaniya vətəndaşlığını qəbul etməsinə təəssüflənmədiyini də söyləyib: "Dünya çempionatındakı nəticə mənfi olsa da, yığma seçimimə heç vaxt heyfsilənməmişəm. Tribunalardan məni fitə basanlardan incimirəm. Onlar niyə belə etdiyimi bilmirlər, sadəcə, başqalarını dinləyirlər".
İspaniya millisində çıxışlarını davam etdirəcəyini deyən Kosta komanda yoldaşlarının əvvəllər əldə etdikləri uğurlara nail olmağa çalışacağını və arzusunu həyata keçirəcəyini açıqlayıb. O, DÇ-2014-də zəif çıxışlarını səbəbini də deyib: "Biz nəyə görəsə uğur üçün aç deyildik. Top uğrunda mübarizə istəyi çatmırdı. Ümumiyyətlə, nə isə çatmırdı. Çili futbolçuları isə fiziki cəhətdən daha güclü idilər".
Мы почему-то не были голодны до побед, не хватало желания бороться за мяч, вообще чего-то не хватало. А чилийцы физически были куда сильнее.