
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson DÇ-2014-də komandasının uğursuz çıxışına görə istefa vermək niyyətində olmadığını bildirib. Sportnet.az-ın məlumatına görə, o, milli üzvlərinin çalışqanlığından razı qaldığını söyləyib.
Yetirmələrinin əzmkarlığını qabardan mütəxəssis, üzgün olduğunu da etiraf edib: "Lakin hiss etmirəm ki, getməliyəm. Əlbəttə, əgər Futbol Assosiasiyası bu vəzifəni icra etməyə layiq olmadığımı qərara alsa, başqa çıxış yolum qalmayacaq".
Qeyd edək ki, İngiltərə yığması D qrupunda mübarizə aparır və keçirdiyi hər iki qarşılaşmada eyni - 1:2 hesabı ilə məğlub olub.