İtaliya yığmasının məşqçilər heyəti FİFA-ya DÇ-2014-ün qrup mərhələsinin Kosta-Rika ilə görüşündə əlavə 2 fasilə verilməsi xahişi ilə müraciət edib. Sportnet.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Resifi şəhərində baş tutacaq görüş zamanı havanın isti keçəcəyi gözlənilir.
Məşqçilər heyətinin bu qərarı futbolçuların yaranmış fasilələrdə nəfəslərini dərməsi və su içmələri üçün imkanın yaradılması məqsədini güdüb. Əsasnamədə hərarətin 32 dərəcədən yuxarı olduğu halda əlavə fasilələrə icazə verilir. Lakin Resifidə 28 dərəcə isti gözlənilir.
Qeyd edək ki, İtaliya və Kosta-Rika yığma komandaları arasında qarşılaşma bu gün saat 21:00-da start götürəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |