
"Qarşımıza Ən yüksək hədəflər qoyulub". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək Rostislav Pevtsov deyib.
O, İspaniya, Portuqaliya, Rusiya və İngiltərənin Bakıya ən güclü heyətlə gələcəklə gələcəklərini söyləyib. Bunula belə Pevtsov yüksək nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərinə söz verib: "100 faiz gücümü qoyacağam ki, qeyri-mümkünü mümkünləşdirim".
Qeyd edək ki, I Avropa Oyunlarında triatlon yarışları 13-14 iyunda olacaq.