Olimpiya vetarani olan məşqçi Parenti oyunçudan sürpriz qələbə gözləyir. Sportnet.az-ın məlumatına görə, Açılış Mərasimində ölkəsinin bayrağını daşıyan Emanuel Quidi kamandan oxatma idman növü üzrə güclü idmançıdır.
Onun yaşadığı şəhərdə bayraq daşımaq həddindən artıq məsuliyyətli rol hesab olunur və elçi mənasını verir.
Eyni zamanda həvəskar atıcı olan Quidi, kiçik San Marino şəhərini birinci Avropa Oyunlarında təmsil etməkdən məmnundur. O, rəqibləri ilə mübarizə aparmaq üçün yarışlara son anda vəsiqə qazanıb.
Qırx beş yaşlı idmançı Tofiq Bəhramov adına stadionda keçirilən məşqdən sonra bu idman növünə olan vurğunluğu barədə danışıb: "Kamandan oxatmaya səkkiz il öncə başlamışam. Hər şey hobbi kimi başladı, lakin mənə çılğınlıq bəxş etdi. Yaşadığım şəhərin kiçik yer olması sayəsində 2012-ci il London Olimpiya Oyunlarında dəvətnamə ilə iştirak etmək imkanı qazandım. Bakı 2015-ə Yunanıstanda təşkil edilmiş Qran-pridə son anda vəsiqə qazandım. Burada olmaq çox möhtəşəmdir və öz mövcudluğumuzu dünyaya nümayiş etdirməkdən qürur duyuram".
Oxatan olmaqla yanaşı eyni zamanda mahir tüfəng atıcısı da olan Quidinin məşqçisi Andrea Parenti Olimpiya veteranıdır. O, 1996-cı ildə keçirilmiş Atlanta Olimpiya Oyunlarında bürünc və 1995-ci il kamandan oxatma üzrə Dünya çempionatında gümüş medal əldə edib. Məşqçı, Quidinin vətənə qələbə ilə dönəcəyinə əmindir.