
Xankəndi şəhər stadionunda III MDB Oyunlarının proqramına daxil olan kamandan oxatma yarışlarına start verilib.
Sportnet.az xəbər verir ki, bu gün keçirilmiş təsnifat mərhələsində qadınlar və kişilər üzrə idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Azərbaycan təmsilçilərindən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bundan başqa, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar.
Qeyd edək ki, yarışların ikinci günündə 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.