Məhəmməd ben Sulayem yenidən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti seçlib.
Sportnet.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərindən olan funksioner Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş seçkidə yenidən ikinci müddətə bu hüququ əldə edib. O, 91,5% səs toplayıb.
Prezident seçkilərində digər namizədlər iştirak etməyib. Digər istəkli şəxslər FIA-nın nizamnaməsi ilə bağlı qeydiyyat problemləri üzündən yarışa qoşula bilməyiblər. Namizəd seçkilərdə iştirak etmək üçün “prezident siyahısı” təqdim etməlidir ki, siyahıda 10 şəxs yer alır: senatın prezidenti, mobililik və turizm üzrə vitse-prezident, idman üzrə vitse-prezident və idman üzrə yeddi vitse-prezident. Bu yeddi şəxs Dünya Avtomobil İdmanı Şurası (WMSC) tərəfindən təsdiqlənmiş FIA namizədləri arasından seçilməli və müxtəlif bölgələri – Şimali və Cənubi Amerika, Asiya-Sakit Okean regionu, Afrika, Yaxın Şərq və Şimali Afrika, Avropa – təmsil etməlidir.








































































