Formula 1 üzrə böyük Britaniyalı yeddiqat dünya çempionu Lüis Hemilton və əslən erməni Kim Kardaşyan arasında romantik münasibətlər başlayıb.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, Kardaşyan Los‑Ancelesdən özəl təyyarə ilə İngiltərəyə gəlib və "Estelle Manor" lüks otelində yerləşib.
Hemilton isə bir neçə saat sonra Londondan helikopterlə həmin məkanla qoşulub.
Mənbələr bildirir ki, cütlük vaxtlarını spa, hovuz və özəl masaj xidmətlərindən istifadə edərək, yalnız özlərinə ayrılmış mühitdə keçirib. Gecə isə başqa qonaqlardan ayrı olaraq şam ediblər.
Mənbələr həmçinin qeyd ediblər ki, görüş gizli və təhlükəsizlik tədbirləri gücləndirilmiş formada baş tutub. Həm Hemilton, həm də Kardaşyan bu münasibət barədə sosial şəbəkələrdə heç bir açıqlama verməyiblər.
Hemilton və Kardaşyan uzun illərdir bir-birini tanıyırlar və əvvəl də bir sıra tədbirlərdə birlikdə görünmüşdülər. Lakin indiyədək onların arasında romantik münasibət olduğuna dair heç bir rəsmi təsdiq olmayıb.














































































