1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Topaz": "Old Trafford"da "nəhənglər"in dueli
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün müştərilərinə 105 futbol qarşılaşması təklif edir. Bu görüşlərdən 31-nə canlı, 7-sinə isə "təkli" mərc etmək olar.
Günün əsas oyunları təbii ki, Çempionlar Liqasının matçlarıdır. Liqada bu axşam keçiriləcək 8 görüşdən 2-si - AEK - "Bavariya" və "Yanq Boyz" - "Valensiya" qarşılaşmaları saat 20:55-də, qalan 6 matç isə 23:00-da başlayacaq. "Real Madrid" - "Viktoriya Plzen" dueli istisna olmaqla, Çempionlar Liqasının digər matçlarına həm "təkli", həm canlı mərc etmək mümkündür.
Gecənin matçı adlandıra biləcəyimiz görüş "Old Trafford"da keçiriləcək "Mançester Yunayted" - "Yuventus" qarşıdurmasıdır. Bu, tərəflərin 11-cu dueli olacaq. İndiyədək keçirilmiş 10 görüşün 5-də "qırmızı şeytanlar", 4-də "Qoca Sinyora" qalib gəlib. Bir dueldə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Mançesterlilər sonuncu dəfə "Yuventus"a 1997-ci ilin dekabrında Turində uduzub - 0:1. Ondan sonra tərəflər ÇL-də 4 dəfə üz-üzə gəlib və bir heç-heçə istisna olmaqla, qalan 3 matçda "Yunayted" üstün olub.
Amma bu da faktdır ki, bütün bunlar əfsanəvi ser Aleks Ferqyusonun baş məşqçiliyi dövründə olub. İndi isə Mançesterdə başqa küləklər əsir. Komanda öz oyununu heç cür tapa bilmir. Düzdür, Joze Mourinyonun komandası son 3 oyunda uduzmur. Onlar "Çelsi" ilə 3 gün əvvəl Premyer Liqa qarşılaşmasında da pis təsir bağışlamayıblar. Amma bu, yenə mançesterli fanatların arzuladığı komanda deyil. "Yuventus"da isə tam fərqli vəziyyətdir. Komanda bu mövsüm məğlub olmayıb. 10 ardıcıl qalibiyyətdən sonra qələbə seriyası 3 gün əvvəl A seriyasında "Cenoa" ilə oyunda bitib - 1:1.
Axşamkı oyunda "Yuve"dən zədəli Sami Xedira, "Mançester Yunayted"dən isə Markos Roxo və Aleksis Sançes oynamayacaq. İtaliya çempionunun əsas qol ümidi Kriştianu Ronaldu isə ona doğma olan "Old Trafford"da illər sonra doğma komandasına qarşı oynayacaq. H qrupunda lideri müəyyənləşdirəcək bu matç üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Mançester Yunayted"in qələbəsi 2.95, heç-heçə 3.00, "Yuventus"un qələbəsi 2.35.
Çempionlar Liqasının bu və digər matçlarına "Topaz"la həyəcan qatın, oynayın və qazanın.