"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə ABŞ Qran-prisinin keçirildiyi Texas ştatındakı Ostin trasında marixuana iyi hiss edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə almaniyalı sürücünün özü məşqdən sonra açıqlamasında bildirib. O, ABŞ-da marixuananın qanuni olub-olmadığı ilə maraqlanıb. Fettel narkotik bitki iyini ilk və 11-ci döngələrdə hiss etdiyini söyləyib.
Qeyd edək ki, Texasda marixuana rekreativ becərilmə üçün qadağan olunub. Amma ondan tibbi məqsədlər üçün istifadəyə icazə verilir.