AzTV-nin sabiq idman şərhçisi, 10 ildir fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev də Prezident İlham Əliyevin çağırışına dəstək olub.
Sportnet.az-ın məlumatına görə, o, 1666 manat, qızı Türkay Əliyeva 666 manat və oğlu Tuncay Əliyev 666 manat fonda ianə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək fondu yaradılıb ("Qafqazinfo").