
"Formula 1" üzrə Macarıstan Qran-prisinin keçirilmə tarixi dəyişdirilə bilər.
Sportnet.az-ın "GPBlog"a istinadən məlumatına görə, səbəb ölkədə 500-dən çox insanın iştirakı ilə tədbirlərin təşkilinə 15 avqustadək qadağanın qoyulmasıdır. Yarış isə 31 iyul - 2 avqusta nəzərdə tutulub. Hökumətin qərarından sonra təşkilatçılar Qran-prinin yalnız azarkeşsiz keçirilməsinin mümkünlüyünü dilə gətiriblər.
Hazırda yarış üçün başqa tarixlər nəzərdən keçirilir. Daha çox 23 avqustun münasib olduğu bildirilir və bununla bağlı danışıqlar aparılır.