
Azərbaycanın yeganə mərc oyunları saytı Etopaz-ın "YAŞAT" Fonduna köçürdüyü ianənin ümumi məbləği 10 min manata çatıb.
Sportnet.az xəbər verir ki, dekabrın 25-dən bununla bağlı kampaniyaya start verən şirkət indiyədək 98 müştərinin adından "YAŞAT" Fonduna ianə köçürüb.
Xatırladaq ki, Eopaz 25 dekabr 2020-ci il tarixindən başlayaraq VİP müştərilərinin doğum günlərində, habelə bayram və əlamətdar tarixlərdə onların adından "YAŞAT" Fonduna ianələr köçürür və bunu təsdiqləyən sertifikatı həmin şəxslərə təqdim edir. Artıq 10 min manat ianə edən Etopaz bundan sonra müştərilərini bu nəcib təşəbbüslə sevindirməyə davam edəcək.
Qeyd edək, "YAŞAT" Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.