"Monako Qran-prisində sonuncu olsaq da, çıxışımızdan razıyam. Çünki orada elə də çox şansımız yox idi. Sadəcə, gücümüz çatmadı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Formula 1"də çıxış edən "Haas" komandasının pilotu Nikita Mazepin son yarışdakı uğursuzluğu barədə danışarkən deyib.
Rusiyalı sürücü Azərbaycan Qran-prisində daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Bakıda vəziyyət fərqli olacaq. Çünki orada trek baş cürdür. Azərbaycanda daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.