Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017 - 2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.
AMADA-dan Sportnet.az-a verilən məlumata görə, qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.
2013 - 2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub.
Təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.
İllər üzrə aşkarlanan antidopinq qayda pozuntularının statistikası |
|||
İl |
Keçirilən testlər |
Aşkarlanan antidopinq qayda pozuntuları |
Aşkarlanma faizi |
2017 |
487 |
21 |
4.3 % |
2018 |
817 |
27 |
2.5 % |
2019 |
1594 |
21 |
1.3 % |
2020 |
1046 |
5 |
0.5 % |
2021 |
1041 |
2 |
0.2 % |
Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə, həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.
AMADA-nın fəaliyyəti başlamasından sonra 2017-2021-ci illər üzrə beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının statistikası |
|
İl |
Aşkarlanan antidopinq qayda pozuntuları |
2017 |
11 |
2018 |
8 |
2019 |
1 |
2020 |
- |
2021 |
1 |