
Formula 1 üzrə Monako Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Monte-Karlo halqasında təşkil edilən yürüşün qalibi
“Maklaren”in piliotu Landro Norris olub.
“Ferrari”nin sürücüsü Şarl Lekler finiş xəttini ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri isə üçüncü keçib.
Dördqat dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen isə bu dəfə 4-cü yerlə kifayətlənib.
Bu nəticə ilə Norris ümumi xal sayını 133-ə çatdırıb. Lider Piastrinin 146, üçüncü olan Ferstappenin isə 124 xalı var.
Konstruktorlar Kubokunda “Maklaren”in böyük üstünlüyü var - 279 xal.
“Mersedes” 147 xalla ikinci, “Red Bull” 131 xalla üçüncüdür.
Monako Qran Prisini tanınmış fransalı futbolçular Zinəddin Zidan və Kilian Mbappe də izləyib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.