2022-ci il "Formula 1" təqvimində Mayami Qran-prisi də yer alacaq.
Sportnet.az-ın məlumatına görə, Florida ştatındakı mərhələnin təşkilatçıları yeni trasda bort kamerasından virtual dövrəni nümayiş etdirib.
5,41 km uzunluğa malik tras 19 dövrədən və DRS zonalarının yerləşə biləcəyi 3 düzlükdən ibarət olacaq.
Bolidlərin 320 km/saat sürətə çatacağı gözlənilir. Tras "Mayami Dolfins" futbol klubunun "Hard Rock" stadionunun ətrafındadır.
Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr quraşdıracaq, şəhərin iqtisadiyyatına 5 il ərzində güşətli proqramlara 5 milyon dollar sərf ediləcək. Sakinlərə endirimli biletlər təqdim olunacaq, habelə məktəb və kolleclərin 5 ən yaxşı məzununun təhsil xərcləri ödəniləcək.
Welcome to Miami ????????
— Formula 1 (@F1) April 22, 2021
Jump onboard for a virtual lap of the sun-soaked circuit that will play host to @f1miami in 2022! ????
???? x Apex Circuit Designs
???? x Assetto Corsa#MiamiGP #F1 @HardRockStadium pic.twitter.com/McHCF5Mc1Z