“Mən rəqabətçi olmağı və sürətli hiss etməyi sevirəm, uduzmaqdan nifrət edirəm”.
Sportnet.az xəbər verir ki, bunu Formula-1 üzrə “Aston Martin” pilotu Fernando Alonso karyersı haqqında danışarkən deyib.
O yaşlandıqca təcrübənin artdığından və yarışlar zamanı özünə necə rahat nəzarət etdiyindən danışıb: “Yəqin ki, fikir vermisiniz, avtomobilin sükanı arxasında olanda özümü motivasiya etmək mənim üçün o qədər də çətin deyil. İndi 20 yaşımdakından bir az zəifəm, amma yaşlandıqca bədəninizi daha yaxşı başa düşməyə başlayırsınız. Yorğun olduğunuz zaman necə məşq edəcəyinizi, nələrdən qaçağınızı bilirsiniz və bununla da gücü müdrikliklə balanslaşdırırsınız. İndi təqaüdə çıxmaq haqda düşünmürəm. Bilirəm ki, son mərhələdəyəm, amma indi bitirməyi planlaşdırmıram. Karyerama son qoymaq üçün tarixim yoxdur”.
Qeyd edək ki, ötən mövsüm “Alpin”də çıxış edən Alonso bu ildən “Aston Martin”nin uğurları üçün çalışır.