"Mənə görə UFC şou-biznesdir. Şikayət etmirəm, çünki bütün dünyada çoxlu pərəstişkarım var".
Sportnet.az xəbər verir ki, bu sözləri UFC-də çıxış edən azərbaycanlı döyüşçü Nazim Sadıqov xarici mətbuata açıqlamasında deyib.
Yüngül çəkidə çıxış edən idmançı Azərbaycanda və Rusiyada, eləcə də İngiltərədə fanatlarının olduğunu bildirib: "Bəzən azarkeşlər gecə yarısı mənə zəng edirlər. Məni çox yerdə sevirlər. Elə döyüşməyə çalışıram ki, azarkeşlər mənim görüşlərimi səbirsizliklə gözləsinlər".
Qeyd edək ki, Nazim Sadıqov fevralın 15-də "UFC Fight Night 251" turnirində braziliyalı İsmael Bonfimlə döyüşəcək.