
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın hər üç təmsilçisi tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində Turan Bayramov qızıl medal uğrunda mübarizə aparacaq. O, əvvəlcə çinli Yuantao Vanqa, daha sonra tacikistanlı Mehrzod Sufiyevə qalib gələrək, yarımfinala çıxıb. Finala gedən yolda isə Bayramovun rəqibi özbəkistanlı Baxrom Boturov olub. Rəqibinə qalib gələn Azərbaycan cüdoçusu adını finala yazdırıb.
Bu çəkidəki digər cüdoçu Balabəy Ağayev isə ilk qarşılaşmasında yerli idmançı Anvarjon İbrohimova uduzaraq, mübarizəni dayandırıb.
66 kq çəkidə yer alan Yaşar Nəcəfov da yarışla erkən vidalaşıb. O, elə birinci cəhdində Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Ramazan Abdulayevə məğlub olub.