
"Sevinirəm ki, medalsız qalmadım".
Sportnet.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranadakı U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycan sərbəst güləşçisi Murad Haqverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O, zədəsinə görə istədiyi kimi çıxış etmədiyini bildirib: "Yarış çox güclü rəqabət şəraitində keçdi. Albaniyaya çempionluq üçün yollanmışdıq, lakin qismət olmadı. Zədələrim də olduğundan, istədiyim kimi çıxış edə bilmədim. Əməliyyat olunduğum çiynimdə ağrılar var idi. Amma sevinirəm ki, medalsız qalmadım. Qarşıdakı dünya çempionatında qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməyə çalışacağam. Bunun üçün daha yaxşı hazırlaşacağam".
Qeyd edək ki, Murad Haqverdiyev U-23 Avropa çempionatında 65 kq çəki dərəcəsində bürünc medala sahib olub.