
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.
Federasiyanın mətbuat xidmətindən sportnet.az-a verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.
Görüş 6 raund davam edəcək.
Çempionlar Gecəsindən öncə - bu gün çəki və üz-üzə mərasimi keçirilib.
Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.