
Azərbaycan cüdoçuların mayın 10-da Gürcüstanın Qori şəhərində start götürəcək Avropa Kubokuna yollanıblar.
Sportnet.az Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək yarışa 6 çəki dərəcəsində 19 idmançı qatılıb.
Milli komandaya kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edir.
Yığmanın heyətində Babarəhim Mirzəyev, Murad Əliyev, Amin İsmayılov (hər üçü 60 kq), Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Yelkiyev, Eltac Yusifli (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov, Qadir Hüseynov (73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Naim Hüseynov, Fəqan Şamilov, İbrahim Ağakişiyev (hamısı 90 kq), Nihad Şıxəlizadə, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq) yer alıb.