
Sərbəst güləş üzrə Rusiya milli komandasının baş məşqçisi Hacımurad Qatsalov antidopinq qaydalarını pozma ehtimalı ilə əlaqədar bir müddət yarışlardan kənarlaşdırılıb.
Sportnet.az Beynəlxalq Dopinq Test Agentliyinə istinadən xəbər verir ki, cəza 5 may 2025-ci ildən qüvvəyə minib.
42 yaşlı mütəxəssis 2023-cü ildən yığmanın baş məşqçisidir.
O, idmançı kimi 2024-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, 5 qat (2005, 2006, 2007, 2009, 2013) dünya çempionu, 3 qat (2003, 2004, 2006) Avropa çempionu olub. 2020-ci ildə isə Qatsalov Ermənistan pasportu və bu ölkənin adından yarışlarda çıxış hüququ alıb.