
Keçmiş UFC çempionu Konor Makqreqor ilin sonuna qədər oktaqona qayıda bilər.
Sportnet.az xəbər verir ki, bu barədə irlandiyalı döyüşçünün nümayəndəsi TASS-a açıqlamasında məlumat verib.
Daha əvvəl Makqreqor şəxsi sosial şəbəkə hesabında UFC prezidenti Dana Uaytı birgə işləməyə və turnirə qayıtması üçün danışıqları davam etdirməyə çağırıb.
"Konor ilin sonuna qədər qayıtmağa hazırdır. Hər şey təklif və seçimlərdən asılıdır", - deyə 37 yaşlı idmançının nümayəndəsi bildirib.
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildən UFC-də iştirak etmir. Onun aktivində 22 qələbə və 6 məğlubiyyət var.