
Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.
Sportnet.az ABF-nin rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq qurum üzvlüyü bu gün təsdiqləyib.
"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.