
Qadın güləşi üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Türkiyənin Niğdə şəhərində yerli yığma ilə birgə hazırlıq keçir
İyunun 25-dək davam edəcək təlimlərə Qazaxıstan və Qırğızıstan millilərinin də qoşulması gözlənilir.
Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), GünayQurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.
Qeyd edək ki, toplanış bitdikdən sonra Günay Qurbanova və Ruzanna Məmmədova U20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaq. Digər güləşçilər isə Türkiyənin Kocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək.