
Sərbəst güləş üzrə Olimpiya çempionu Bilyal Maxov antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.
Sportnet.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin saytında məlumat yayılıb.
Məlumata görə, 37 yaşlı rusiyalının 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-dək olan nəticələri ləğv edilib. O, 2015-ci il dünya çempionatının iki bürünc medalından məhrum edilib.
Maxov bundan əvvəl Rusiya Antidopinq Agentliyi tərəfindən dörd il müddətinə diskvalifikasiya edilmişdi . Onun 2020-ci ilin qışında götürdüyü dopinq testi müsbət çıxıb.
Qeyd edək ki, Maxov 2012-ci il London Olimpiadasında qızıl medal qazanıb. O, həm də üçqat dünya və bir dəfə Avropa çempionudur.