
Rusiyalı yunan-Roma güləşçisi Kirill Babiçuk Ukrayna ilə müharibədə öldürülüb.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytında məlumat verilib.
İdmançının hansı şəraitdə öldürüldüyü açıqlanmayıb.
27 yaşı güləşçi Rusiyanın idman ustası olub. O, 86 kq çəki dərəcəsində Rusiya çempionatının gümüş mükafatçısıdır. İdmançı həmçinin Rusiya kubokunda bürünc medal qazanıb.