
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi fərdi yarışları 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.
Yığmanın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.
Bu nəticə ilə milli medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub. İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.