
Türkiyənin Kocaeli şəhərində güləş üzrə Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, ənənəvi yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
Bununla da Memorialda qazanılan medalların sayı 8-ə çatıb.
Xatırladaq ki, öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.
Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.