
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın bir qadın güləşçisi çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, Jalə Əliyeva mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.
Onun rəqibi yaponiyalı Himeka Tokuhara olacaq.
Qeyd edək ki, indiyədək Azərbaycanın 4 sərbəst güləşçisi medal qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medala yiyələnib.