
Sentyabrın 30-da Çexiyanın Ostrava şəhərində start götürəcək 19 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisi də mübarizə aparacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 10 gün davam edəcək yarışda oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.
Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.
Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.
Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.