Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.
Kişilər
60 kq
1/16 final: Murad Muradlı – Maksim Taran (Almaniya), Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)
66 kq
1/16 final: İslam Rəhimov – Roman Dekan (Slovakiya)
81 kq
1/16 final: Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
1/8 final: Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
90 kq
1/16 final: Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
1/8 final: Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
100 kq
1/8 final: Əjdər Bağırov – Fares Mexux (Fransa)
+100 kq
1/8 final: Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)
Xatırladaq ki, Avropa birinciliyində 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək. Təsnifat mərhələsinin görüşləri oktyabrın 31-də Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da JudoTV.com saytında canlı yayımlanacaq.






































































