Almaniyanın Keinbaum şəhərində 17 yaşadək boksçular arasında Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 382 idmançının qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.
Finalda Gülər Hüseynova (48 kq) Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.
Qardaş Rəhimov (46 kq) isə MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanlı boksçu həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Millinin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.















































































