ABŞ-ın Mayami şəhərində yerləşən “Kaseya Center” arenasında boks gecəsi keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşündə tanınmış bloger-boksçu Ceyk Pol sabiq dünya çempionu Entoni Coşua ilə üz-üzə gəlib.
Görüş britaniyalı boksçunun inamlı qələbəsi ilə yekunlaşıb. Döyüşün gedişinə tam nəzarət edən Entoni Coşua bir neçə dəfə rəqibini nokdauna göndərib. Altıncı raundda növbəti zərbədən sonra hakim döyüşü dayandıraraq nokaut qeydə alıb.
Bu qələbə ilə 36 yaşlı Entoni Coşua peşəkar rinqdə rekordunu 29 qələbə, 4 məğlubiyyətə yüksəldib. 28 yaşlı amerikalı Ceyk Polun aktivində isə 12 qələbə və 2 məğlubiyyət var.











































































