Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 314 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.
Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.













































































