1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baku Fires"ın heyəti açıqlandı
Azərbaycanı Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires" klubu yeni mövsümdə 2-ci görüşünü keçirəcək. Sportnet.az-ın məlumatına görə, komanda fevralın 5-də liqanın debütantı "Uzbek Tigers" klubu ilə qarşılaşacaq.
Görüş Boks Mərkəzində saat 19:00-da baş tutacaq.
Komandaların heyətləri artıq məlumdur:
"Baku Fires" – "Uzbek Tigers"
52 kq. Məhəmməd İbiyev – Abrorjon Kadırov
60 kq. Hasan Arsunkayev – Elnur Abdurraimov
69 kq. Yevgeni Ramaşkeviç – Dostonbek Turdiyev
81 kq. Mixail Dolqolivets – Şuxrat Abdullayev
+91 kq. Arslanbek Mahmudov – Sərdor Abdullayev
Özbəkistan komandası Bakıya döyüşkən heyətlə gəlib. 52 kq çəki dərəcəsində çıxış edəcək Kadırov hazırda yaxşı formadadır. O, ötən il həm Almaniyada, həm də Qroznıda keçirilən beynəlxalq turnirlərin qalibi olub.
Elnur Abdurraimov da qonaq komandanın ən təcrübəli boksçularındandır. Abdurraimov ötən il Qətərdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Özbəkistan boksçusu kubalı Lazaro Alvarezə məğlub olsa da, braziliyalı Robson Konseysaonu üstələyib.
Dolqolivetsin rəqibi 26 yaşlı Şuxrat Abdullayev hələ 2011-ci ildə Asiya çempionatında 1-ci yerə layiq görülüb. O, uzun illərdir ki, Özbəkistan millisinin heyətinə cəlb edilir.
Arslanbek Mahmudovla üz-üzə gələcək Sərdor Abdullayev 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidova iki dəfə məğlub olub. Görüşlər 2011-ci ildə WSB liqasında və həmin il Bakıda dünya çempionatında keçirilib.
Özbəkistan təmsilçisi 1-ci turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub edib.