1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
SOCAR prezidenti yeni müqavilədən danışdı
"Bu gün idmanın inkişafına verdiyimiz töhfə belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapmış oldu. SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstəyin göstərilməsi ilə daima seçilir". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə imzalanan tərəfdaşlıq müqaviləsi haqda danışarkən deyib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti İJF ilə tərəfdaşlığın gələcək nəsillərə yatırılan mənalı sərmayə kimi qiymətləndirildiyini söyləyib.
İJF prezidenti Marius Vizer isə bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması üçün mühüm addımdır: "Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq bir çox, eləcə də idman layihələrimizin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".