1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baku Fires"ın heyəti açıqlandı
Azərbaycanı WSB (Ümumdünya Boks Seriyasında) təmsil edən "Baku Fires" klubu 3-cü görüşünə çıxacaq. Sportnet.az-ın məlumatına görə, ölkə təmsilçisinin rəqibi "Puerto Riko Hurricanes" klubu olacaq.
Artıq komandaların heyətləri açıqlanıb. Bu dəfə "Baku Fires"ın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında 6-cı yeri tuttub.
İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Heybətulla Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB lliqasında debüt edəcək. Bu görüşdə H.Hacıəliyev favorit sayılır.
Nikolay Veselovla üz-üzə gələcək Kristian Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə Veselovun ilk döyüşü olacaq.
56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda "Astana Arlans"ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.
49 kq. Rəsul Saliyev– Antoni Ortiz
56 kq. Yaraş Məhəmmədov– Edqardo Rolon
64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera
75 kq. Nikolay Veselov– Kristian Mbilli
91 kq. Abdulqadir Abdullayev– Roman Fress
Puerto Riko təmsilçisi qrupda sonuncu yeri tutur. "Baku Fires" isə D qrupunda 2-ci pillədədir. Qonaq komandanınötən tur "Astana Arlans"la görüşü təxirə salınıb.
1. Uzbek Tigers – 4 xal (2 görüş, qələbə sayı 7-3)
2. Baku Fires – 3 xal (2, 4-6)
3. Astana Arlans– 3 xal (1, 4-1)
4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).
Qeyd edək ki, fevralın 19-da Boks Mərkəzində keçiriləcək döyüş saat 19:00-da başlayacaq.