Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, çempionatın beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb.
Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.
42 kq çəkidə mübarizə aparan Mahir Məmmədzadə Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini üstələyib finala yüksəlib. Finalda ABŞ təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
50 kq-da yarışan Əsgər Məmmədəliyev Özbəkistan və Yunanıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda İran təmsilçisinə uduzan güləşçimizi bürünc medal şansını saxlayıb. Ancaq həlledici görüşdə Türkiyə idmançısına uduzan Əsgər Məmmədəliyev çempionatı 5-ci sırada tamamlayıb.
69 kq çəki dərəcəsində yarışan Abubakr Abakarov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Türkiyə, Bolqarıstan, Qırğızıstan və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Son görüşdə İran təmsilçisinə də qalib gələn Abubakr Abakarov dünya çempionatının qızıl medalını qazanıb.
42 kq
FİNAL - Mahir Məmmədzadə - Kurt Nnamdi Mc Henry (USA) 5:7
1/2 final - Mahir Məmmədzadə - Giorgi Gegelaşvili (GEO) 13:4