1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhəmməd Əlinin oğlu hava limanında saxlanıldı
Mərhum boksçu Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida ştatındakı beynəlxalq hava limanında saxlanılıb. Sportnet.az-ın "Miami New Times" nəşrinə istinadən məlumatına görə, hadisə kiçik Məhəmməd Əli Yamaykadan anası Halila ilə birgə qayıdarkən baş verib.
O, iki saat ərzində miqrasiya xidməti əməkdaşları ilə söhbətləşməli olub. Atası kimi müsəlmanlığı qəbul edən Kiçik Məhəmməd Əliyə dini mənsubiyyəti ilə bağlı suallar ünvanlanıb. Keçmiş federal prokuror və ailənin dostu Kris Mançini bildirib ki, məşhur boksçunun oğlunun keçmişi kriminal olmayıb və o, ABŞ vətəndaşıdır. Mançini insidentin yeni prezident Donald Trampın miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qanunu ilə əlaqədar olduğuna əminlik ifadə edib: "Qanqaraldıcı hadisədir. Bu ölkədə biz dini ayrıseçkiliklə məşğul olmuruq".
"Miami New Times" Halila Əlinin hava limanında saxlanılmadığını da əlavə edib. Çünki o, keçmiş əri ilə fotosunu göstərib.
Qeyd edək ki, Məhəmməd Əli 3 iyun 2016-cı ildə 74 yaşında ikən dünyasını dəyişib. Onun 1967-ci ildə ailə qurduğu Belinda Boyd islamı qəbul etdikdən sonra ad-soyadını Halila Əli edib. Bu, əfsanəvi boksçunun ikinci nikahı olub və 10 il davam edib. Cütlüyün 4 övladı dünyaya gəlib.