1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Federasiya Kubokunun son günündə 16 medal
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə sərbəst güləş üzrə gənclər arasında 87 pəhləvan yarışıb. Azərbaycan təmsilçiləri 6 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb. Qızıl medalları Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Alimaqomed Alixmayev (96 kq) və Umar İsrailov (120 kq) əldə edib. Gümüş medalçılar İntiqam Vəlizadə (55 kq), Pənah İlyaslı (66 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və İqbal Hacızadə (120 kq) olub. Bürünc medallara isə Sübhan Muradov (60 kq), Qüdrət Ağayev (66 kq), Cavid Sadıqov (84 kq), Şamil Zubairov (96 kq) olub.
Komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası üçüncü yeri tutub. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, turnirdə Azərbaycan, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparıb.