Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycanın 4 güləşçisi mübarizə aparıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq və 97 kq çəki dərəcələrində sərbəst, 53 kq və 60 kq çəkidə isə qadın güləşçilər çıxış edib. Onlardan yalnız biri fəxri kürsüyə yüksələ bilib. Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub. Gitinomaqomed Hacıyev (65 kq) isə bürünc medal görüşündə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Bununla da Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandıqları medalların sayı 4-ə yüksəlib. İlk yarış günündə Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) isə gümüş medala sahib olub.
Kişilər
65 kq
Bürünc medal görüşü. Gitinomaqomed Hacıyev - Zurabi Yakobişvili (Gürcüstan) - 4:9
Təsəlliverici görüş. Elbrus Çertkoev (Slovakiya) - Gitinomaqomed Hacıyev - 6:8
1/4 final.
İlyas Bekbulatov (Rusiya) - Gitinomaqomed Hacıyev - 10:0
1/8 final. Gitinomaqomed Hacıyev - Kristof Bienkovski (Polşa) - 4:1
97 kq
1/4 final. Elizbar Odikadze (Gürcüstan) - Aslanbek Alborov - 4:1
1/8 final. Aslanbek Alborov - Georgi Ketoev (Ermənistan) - 11:1
1/16 final. Eqzon
Şala (Albaniya) - Aslanbek Alborov - 0:10
Qadınlar
53 kq
1/4 final. Anjela Doroqan - Vanesa Kaladzinskaya (Belarus) - 2:7
1/8 final. Estera Dobre (Rumıniya) - Anjela Doroqan - 2:8
60 kq
Bürünc medal görüşü. Anhelina Lysak (Ukrayna) - Tatyana Omelçenko - 3:8
1/2 final. Anastasiya Qriqoryeva (Latviya) - Tatyana Omelçenko - 11:1
1/4 final. Madzina Sidakova (Belarus) - Tatyana Omelçenko - 0:10
1/8 final. Aqnieszka Silviya Krol (Polşa) - Tatyana
Omelçenko - 0:2 (tuşe)
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Bakı vaxtı ilə 21:00-da başlayacaq final görüşləri AZTV və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.