Ümümdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası oktyabr 1-dən 6-dək Bakıda keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu barədə WBC-nin rəsmi saytında qurumun rəhbəri Maurisio Süleyman adından yerləşdirilən məlumatda bildirilir. Bu konvensiya WBC-nin Azərbaycana gəlişini nəzərdə tutur. M.Süleyman təşkilati işlərdə gənclər və idman naziri Azad Rəhimovun mühüm rol oynadığını açıqlayıb.
Qazaxıstan KİV-inin məlumatına görə, Konvensiyanın əvvəlcə Astanada, "EKSPO-2017" sərgisi çərçivəsində keçiriləcəyi planlaşdırılmışdı.
Qeyd edək ki, WBC dünyanın 165 ölkəsini özündə birləşdirir. ("Report").