“Barselona”nın müdafiəçisi Pau Kubarsi karyerasını İngiltərədə davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə “fichajes.net” məlumat yayıb.
İspaniyalı futbolçuya İngiltərənin iki top-klubu – “Mançester Siti” və “Arsenal” ciddi şəkildə maraq göstərir.
“Transfermarkt” portalı Kubarsinin dəyərini 80 milyon avro olaraq qiymətləndirir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bildirilir ki, “şəhərlilər” yayda müdafiə xəttini yeniləməyi planlaşdırır. Komandadan Natan Ake və Con Stounsun ayrılmaq ehtimalı var. Baş məşqçi Pep Qvardiola isə Kubarsini transfer bazarında ideal variant hesab edir.
Digər tərəfdən, “Arsenal”ın da bu transfer üçün maliyyə toplamaq məqsədilə bəzi futbolçularını satmağa hazır olduğu deyilir.












































































