Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə 5 çəki dərəcəsində medal görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi bu çəkilərin hər birində medal qazanıb.
Lakin qızıl medalsız qalan yığma 2 gümüş, 3 bürünc medalla kifayətlənib.
57 kq çəkidə Vasif Bağırov finalda rusiyalı Ayanday Ondara 3:7, 79 kq-da Səbuhi Əmiraslanov isə daha bir rusiyalı İsmayıl Xaniyevə 0:11 hesabı ilə məğlub olaraq, gümüş medala sahib çıxıb.
Bürünc medallara isə Musa Ağayev (65 kq) ermənistanlı Arman Musikyana 6:4, Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə 10:0, Zəfər Əliyev (97 kq) türkiyəli Emirhan Kılıça tam üstünlüklə 19:9 hesabı ilə qalib gələrək yiyələnib.













































































