"Qəbələ" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXIV tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən oyunun 69-cu dəqiqədə qonaqların kapitanı Emin Mahmudov penaltini dəqiq yerinə yetirdikdən sonra meydan sahiblərinin qapıçısı Səlahət Ağayev qapı arxasına doğru gedib.
Təcrübəli qolkiper tribunadakı "ağ-qara" azarkeşlərlə münaqişəyə girib.
Onu "Neftçi"nin futbolçuları çətinliklə aralayıblarlar.
Qeyd edək ki, hazırda "Qəbələ" 1:2 hesabı ilə uduzur.













































































