Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu "Neftçi" və "İmişli" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, "Palms Sports Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
"Ağ-qaralar" hər hissədə 3 qol vurub. İlk yarıda paytaxt təmsilçisi 8 dəqiqə ərzində 3 dəfə fərqlənib. Breno Almeyda 12-ci, İmad Faraj 15-ci, Emil Səfərov 19-cu dəqiqədə "İmişli"ni məyus edib.
Fasilədən sonra isə qollar 10 dəqiqəlik zaman kəsiyini əhatə edib. Faraj 51-ci dəqiqədə fərqlənərək, dubl edib. 55-ci dəqiqədə kapitan Emin Mahmudov səhnəyə çıxıb və çempionatdakı qol sayını 9-a çatdırıb. 60-cı dəqiqədə isə Səfərov özünün ikinci, komandasının sonuncu qolunu vurub.
Beləliklə, "Neftçi" bu mövsüm ilk dəfə "İmişli"yə qalib gəlib. Yuri Vernidubun baş məşqçi olduğu kollektiv hazırda 24 oyundan 37 xalla 6-cı yerdə gedir. Debütant komanda isə 25 oyundan 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XXV turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan-Yevlax"ı, "Kəpəz" isə evdə "Qarabağ"ı eyni hesabla yenib - 1:0. "Sabah" öz meydançasında "Sumqayıt"a 3:1, "Neftçi" "İmişli"yə 6:0 hesabı ilə qalib gəlib. Tura martın 21-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
------------------------
Azərbaycan Premyer Liqasında XXV turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz" "Qarabağ"ı qəbul edib.
Oyun Gəncə komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 45+1-ci dəqiqədə Fərid Nəbiyev vurub.
Bununla da xalını 21-ə çatdıran "Kəpəz" 10-cu pillədə möhkəmlənib və 9-cu yerdə gedən "İmişli" ilə xal fərqini minimuma endirib.
24 oyundan 52 xala malik "Qarabağ" isə 2-ci yerdədir və lider "Sabah"dan 10 xal geri qalır.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk matç Yevlax şəhər stadionunda "Kəpəz" və "Qarabağ" arasında olacaq.
Saat 15:00-da başlanacaq oyunu baş hakim Əli Əliyev idarə edəcək.
Hazırda Gəncə təmsilçisi 24 oyundan 18 xalla 10-cu, Ağdam klubu isə 23 oyundan 52 xalla 2-ci yerdə gedir.
İki komandanın əvvəlki 63 qarşılaşmasından 15-də "Kəpəz", 36-da "Qarabağ" qələbə qazanıbsa, 12-si heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə ağdamlıların üstünlüyü belədir - 103:63.
“Qarabağ” "Kəpəz"ə qarşı axırıncı 18 səfər matçında uduzmayıb. Gəncə komandası son 2 ev oyununda qol vurmayıb.
Bu kollektivlərin yanvarın 24-də "Azersun Arena"da baş tutmuş son duelində "Kəpəz" 2:0 hesabı ilə qalib gələrək, "Qarabağ"a ağır zərbə vurub.
Günün digər görüşündə "Neftçi" debütant "İmişli"ni qəbul edəcək. "Palms Sports Arena"da saat 19:15-də başlanacaq qarşılaşmaya yeni FIFA referisi Tural Qurbanov təyinat alıb.
Hazırda "Neftçi" 23 oyundan 34 xalla 6-cı, "İmişli" 24 oyundan 22 xalla 9-cudur. Debütant bu mövsüm sonuncu qələbəsini noyabrın 23-də elə bu arenada paytaxt təmsilçisi üzərində qazanıb - 3:2. Həmin qalibiyyətdən sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov istefaya göndərilib.
Komandaların ilk dövrədəki görüşündə də "Neftçi" qalib ola bilməyib.
Azərbaycan Premyer Liqası, XXV tur
15:00. “Kəpəz” – “Qarabağ” - 1:0
Qol: Fərid Nəbiyev, 45+1
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 38 (qeyri-idman hərəkəti); Yusif İmanov, 80 (oyunun bərpasının ləngidilməsi); Camal Cəfərov, 90+7 (qeyri-idman hərəkəti) - Marko Yankoviç, 38 (qeyri-idman hərəkəti); Pedro Bikalyo, 48 (qeyri-idman hərəkəti) Qol: Fərid Nəbiyev, 45+1
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 7 dəq.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu, 5000 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev (6. Camal Cəfərov, 45) 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev (17. Ümid Səmədov, 71) 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba (88. Şakir Seyidov, 71) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev (11. Emmanuel Addai, 82) 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç (9. Joni Montiel, 62) 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt (27. Toral Bayramov, 62) 15. Leandro Andrade 35. Pedro Bikalyo (22. Musa Qurbanlı, 62) 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
19:15. “Neftçi” - “İmişli” - 6:0
Qollar: Breno Almeyda, 12; İmad Faraj, 15, 51; Emil Səfərov, 19, 60; Emin Mahmudov, 55
Sarı vərəqə: Luis Silvestr, 44 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə yoxdur.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 1300 tamaşaçı
“Neftçi”: 13. Kenan Piriç (1. Emil Balayev, 65) 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov (4. Elvin Camalov, 75) 24. Mustafa Sek (22. Luis Ortis, 46) 5. İqor Ribeyro 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 46) 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj (28. Alessio Kurçi, 70) 10. Freddi Varqas
Ehtiyat oyunçular: 81. Məhdi Həsənov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 77. Falaye Sako 27. Kristian Kostin 23. Cordan Rezabala
Baş məşqçi: Yuri Vernidub
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (30. Xəlil Mürsəlli, 70) 14. Ronaldo de Souza 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov 82) 23. Dioqo Rollo (44. Həzrət İsayev, 82) 79. Dioqo Kardozu (21. Abbas Ağazadə 46) 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
Qeyd edək ki, XXV turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan-Yevlax"ı eyni hesabla yenib - 1:0. "Sabah" isə evdə "Sumqayıt"a qalib gəlib - 3:1. Tura martın 21-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.


















































































